• Bakı C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

Rumıniyaya 12 milyondan çox ukraynalı qaçqın gəldi

DÜNYA

29 Iyun 2025 | 18:57

Rumıniyaya 12 milyondan çox ukraynalı qaçqın gəldi

2022-ci il fevralın 10-dan sonra Rumıniyaya daxil olan ukraynalı qaçqınların sayı 12 milyonu ötüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rumıniya Sərhəd Polisinin Baş Müfəttişliyinin məlumatında deyilir.

Bildirilib ki, 2022-ci il fevralın 10-dan 2025-ci il iyunun 28-dək ölkəyə 12 084 776 ukraynalı gəlib.

Rumıniya hökuməti 2022-ci il fevralın 10-dan bu cür hesablamaları davam etdirir və həmin ilin fevralın 10-dan fevralın 24-dək olan dövrü "münaqişədən əvvəlki dövr" adlandırır.

Belə ki, 2025-ci ilin əvvəlində Rumıniyada əsasən qadınlar və uşaqlar olmaqla 179,7 min ukraynalı qaçqın var idi.

Ölkə, adətən, əksəriyyəti Qərbi Avropa ölkələrinə üz tutan ukraynalılar üçün tranzit ölkə rolunu oynayır.


SON XƏBƏRLƏR