• Bakı 26° C

    6.16 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Goranboyda mikroavtobus minik maşını ilə toqquşub, yaralılar var - YENİLƏNİB

HADİSƏ

29 Iyun 2025 | 15:17

Goranboyda mikroavtobus minik maşını ilə toqquşub, yaralılar var - YENİLƏNİB

Goranboyda baş verən qəzada xəsarət alanların adları məlum olub.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, xəsarət alanlar Gəncə şəhər sakinləri 1960-cı il təvəllüdlü İ.Əliyeva, 1954-cü il təvəllüdü T.Həsənova, Bakı şəhər sakinləri 1968-ci il təvəllüdlü S.Həmidova, 1961-ci il təvəllüdlü L.İsaqov, Goranboy rayon sakini 1980-cı il təvəllüdlü S.Qasımov, Şəmkir rayon sakini 1957-ci il təvəllüdlü Q.Huseynova və Göygöl rayon sakini 1963-cü il təvəllüdlü Z.Həsənovadır.

Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

14:48

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə Goranboy-Ağcakənd olunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

    Hərəkətdə olan VAZ 2106 ilə "Mercedes” markalı mikroavtobus toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə qəza düşən "Mercedes" avtobusu turistləri daşıyırmış.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    28 Iyun 2025