• Bakı 22° C

    11.45 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Pakistanda güclü yağışlar - 38 nəfər öldü

DÜNYA

29 Iyun 2025 | 19:49

Pakistanda güclü yağışlar - 38 nəfər öldü

Pakistanın Milli Fəlakətlərin İdarə Olunması Agentliyi güclü yağışların təsiri ilə bağlı açıqlama yayıb.

Bakıvaxtı.az “Samaa TV”yə istinadən xəbər verir ki, son 3 gün ərzində güclü yağışlar ölkə üzrə ilkin məlumatlara əsasən 38 nəfərin həyatını itirməsinə, 63 nəfərin isə xəsarət almasına səbəb olub.

Ən çox insan tələfatının 19 nəfərlə Xayber Paxtunxva əyalətində qeydə alındığı, Pəncab əyalətində isə 12 nəfərin həyatını itirdiyi bildirilib.

Sind və Bəlucistan əyalətlərində də 7 nəfərin güclü yağışlar səbəbilə həyatını itirdiyi qeyd olunub.

Açıqlamada güclü yağışların davam edəcəyi proqnozlaşdırılır və ölkənin şimalındakı bəzi bölgələr üçün sel xəbərdarlığı verilib.


SON XƏBƏRLƏR

29 Iyun 2025