• Bakı 22° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

BƏƏ İranın Qətərə hücumla Körfəz ölkələrinin etimadını sarsıtdığını bildirdi

DÜNYA

28 Iyun 2025 | 21:35

BƏƏ İranın Qətərə hücumla Körfəz ölkələrinin etimadını sarsıtdığını bildirdi

İran ABŞ-nin Qətərdəki Əl Udeyd hərbi bazasına hücum edərək Körfəz ölkələrinin etimadını sarsıdıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu BƏƏ prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş "X" sosial şəbəkəsində yazıb.

Qeyd olunub ki, ərəb monarxiyaları İsrailin İranla müharibəsinə qarşı qəti, güclü və birmənalı mövqe tutublar. Buna baxmayaraq, İran Qətərin ərazisinə hücum edərək onun suverenliyini pozub. Qarqaş bildirib ki, bu hücum bütün Körfəz ölkələrinə təsir edir.

"Bu gün biz müharibəni vərəqlədikcə, Tehran körfəzdəki qonşuları ilə bu hücum nəticəsində pozulmuş etimadı bərpa etməyə çağırılır", - o qeyd edib.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş İran əks hücuma keçib. İyunun 23-ü axşam saatlarında Tehran ABŞ-nin Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl Udeyd aviabazasına raket zərbəsi endirib. Tramp daha sonra deyib ki, İsrail və İran iyunun 24-də qüvvəyə minən atəşkəs barədə razılığa gəliblər.


SON XƏBƏRLƏR

28 Iyun 2025