• Bakı 23° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Yekaterinburqda saxlanılanlara ömürlük həbs verilə bilər

DÜNYA

28 Iyun 2025 | 18:00

Yekaterinburqda saxlanılanlara ömürlük həbs verilə bilər

Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində azərbaycanlılların evlərinə basqınla bağlı rəsmi istintaq instansiyası məlumat yayaraq, hadisəni "bir sıra qətllərdə və adam öldürməyə cəhddə şübhəli bilinən etnik cinayətkar qrupun fəaliyyəti"nin dayandırılması kimi qələmə verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yekaterinburq regionu üzrə istintaq komitəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya Federasiyası İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə mühüm işlərin (keçmiş illərin cinayətləri üzrə) araşdırılması üzrə dördüncü şöbəsi Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “g”, “z” bəndlərində nəzərdə tutulmuş cinayətlər əsasında cinayət işini araşdırır.

Məlumata görə, bu şəxslər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (bir qrup şəxs tərəfindən qabaqcadan sui-qəsdlə törədilmiş adam öldürmə; muzdlu adam öldürmə; muzdlu adam öldürməyə cəhd) maddəsilə ittiham ediləcək. Bu cinayətlərdən ən ağırını törətməyə görə cəza isə ömürlük həbsdir.

İstintaq iddia edir ki, "etnik cinayətkar qrup"un tərkibində olan təqsirləndirilən şəxslər 2001, 2010 və 2011-ci illərdə Yekaterinburq şəhərində törədilmiş bir sıra qətllər və qəsdən adam öldürməyə cəhddə iştirak ediblər.

İddia olunur ki, "artıq bir neçə şübhəli etiraf edib, istintaqla əməkdaşlıq edir, ayrı-ayrı yerlərdə axtarışlar aparılıb".

“Saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir. Cinayət işi üzrə sübutların toplanması və təmin edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxslərin digər cinayətlərdə də iştirakları yoxlanılır. Cinayət işinin istintaqı Rusiya Federasiyasının Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin rəhbərliyinin nəzarəti altındadır”, - məlumatda deyilir.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib, Ziyəddin və Hüseyn Səfərov qardaşlarını döyərək öldürüb.

Onlar tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Basqın zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.


SON XƏBƏRLƏR