• Bakı 23° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Rusiya HMO-dan azərbaycanlılara qarşı əməliyyat barədə məlumat 

SİYASƏT

28 Iyun 2025 | 18:20

Rusiya HMO-dan azərbaycanlılara qarşı əməliyyat barədə məlumat 

Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda azərbaycanlılara qarşı həyata keçirilmiş əməliyyat barədə məlumat yayıb.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin məlumatında bildirilir ki, Rusiyanın Sverdlovsk vilayətində bir sıra qətllərdə və adam öldürməyə cəhddə şübhəli bilinən etnik cinayətkar qrupun fəaliyyəti dayandırılıb, bir neçə nəfər saxlanılıb.

Qeyd olunub ki, saxlanılan şəxslər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 2-ci hissəsi ilə ittiham olunurlar.

İstintaqın məlumatına görə, etnik cinayətkar qrupun tərkibində olan şəxslər 2001, 2010 və 2011-ci illərdə Yekaterinburq şəhərində törədilmiş bir sıra qətllər və qəsdən adam öldürməyə cəhddə iştirak ediblər.

Bildirilib ki, artıq bir neçə şübhəli şəxs əməlini etiraf edib, istintaqla əməkdaşlıq edir, həmin şəxslərin yaşayış yerlərində axtarışlar aparılıb.
Saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.


SON XƏBƏRLƏR