• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Tramp: “İran ABŞ-ın nüvə obyektlərinə zərbələr endirməsindən xəbərsiz idi”

DÜNYA

28 Iyun 2025 | 19:53 | Müəllif: Əli Hüseynov

Tramp: “İran ABŞ-ın nüvə obyektlərinə zərbələr endirməsindən xəbərsiz idi”

“İran yaxın vaxtlara qədər ABŞ-ın Tehranın nüvə obyektlərinə zərbələr endirməsindən xəbərsiz idi”.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bildirib.

O qeyd edib ki, ABŞ qoşunlarının Fordodakı nüvə obyektinə hücum edəcəyini heç kim təsəvvür edə bilməzdi: “çünki hamı onun keçilməz olduğunu deyirdi".

Tramp İranın zənginləşdirilmiş uranı ABŞ-ın zərbələrindən əvvəl çıxarması ilə bağlı məlumatlara isə belə cavab verib: “Bu, çox təhlükəlidir. Məncə, onlar bunu etməyiblər. Xeyr, ilk növbədə bunu etmək çox çətindir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026