• Bakı 23° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Azərbaycandan Avstriyaya pul köçürmələri artıb

İQTİSADİYYAT

28 Iyun 2025 | 17:09

Azərbaycandan Avstriyaya pul köçürmələri artıb

Bu ilin birinci rübündə Azərbaycandan Avstriyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,464 milyon ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 338 min ABŞ dolları və ya 30% çoxdur.

Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Avstriyanın payı 1,3% təşkil edib.

Həmçinin, cari ilin ilk rübündə Avstriyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,328 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 3,2 milyon ABŞ dolları və ya 58% azalma deməkdir.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Avstriyanın payı 1% təşkil edib.

2024-cü ilin birinci rübündə Azərbaycandan Avstriyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,126 milyon ABŞ dolları, əks istiqamətdə isə 5,548 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dolları və ya 14,3% azdır.

Eyni zamanda hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.


SON XƏBƏRLƏR