• Bakı 22° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Onlara yaxınlarını öz dədə-baba yurdlarında dəfn etmək üçün şərait yaradılsın

SİYASƏT

30 May 2025 | 11:22

Onlara yaxınlarını öz dədə-baba yurdlarında dəfn etmək üçün şərait yaradılsın

"Qarabağdan köçkün düşənlərə yaxınlarını öz dədə-baba yurdlarında dəfn etmək üçün şərait yaradılsın".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında  deputat Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, insan öz yaxınını dünyaya göz açdığı, ruhən bağlı olduğu torpaqlarda dəfn etmirsə, həmin torpaq onun üçün mənəvi bağını itirmiş olur. 

"Qarabağa tam köç illərlə vaxt alacaq. Buna görə də tikilən və tikilməsinə başlanılmayan bütün yaşayış yerlərində birinci növbədə qəbiristanlıqların bərpa olunmasını təklif edirəm. Bu fəaliyyətin elə günü sabahdan həyata keçirilməsi Qarabağa qayıdışın mənəvi bağlarını daha da gücləndirəcək, dövlət siyasətini həyata keçirməyə ciddi töhvə vermiş olacaq".

Mina Mikayılova


SON XƏBƏRLƏR

30 May 2025