• Bakı 23° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Ukrayna və Azərbaycan XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçiriləcək

SİYASƏT

28 Iyun 2025 | 17:00

Ukrayna və Azərbaycan XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçiriləcək

Ukrayna və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında konsulluq məsləhətləşmələrinin keçirilməsi nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan Ukraynanın Xarici İşlər Nazirliyinin Konsulluq Xidməti Departamentinin direktoru Vladislav Kanevski özünün sosial şəbəkə hesabında yazıb.

O bu məsləhətləşmələr zamanı əldə olunacaq razılaşmaların xaricdə yaşayan ukraynalıların konsulluq müdafiəsinin səviyyəsinin artırılmasına töhfə verəcəyinə və ölkəsi ilə Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsi istiqamətində növbəti addım olacağına ümidvar olduğunu bildirib.
 


SON XƏBƏRLƏR