• Bakı 25° C

    10.72 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

Damı uçan türməyə rəis təyin edilib

SİYASƏT

28 Iyul 2025 | 11:28

Damı uçan türməyə rəis təyin edilib

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində kadr dəyişiklikləri baş verib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinin icrasına polkovnik-leytenant Cavid Səfərov başlayıb.

Hazırda o, müəssisənin rəhbəri kimi fəaliyyət göstərir.

Qeyd edək ki, mətbuatda bu ilin iyul ayında məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasında dam örtüyünün uçması zamanı bir nəfərin aldığı xəsarətdən dünyasını dəyişdiyi barədə məlumat yer almışdı. Haqqında söhbət açılan  cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinin 7 aydır boş olduğu bildirilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR