• Bakı 26° C

    11.92 m/s

  • USD - 1.7

    EUR - 1.9744

    RUB - 2.1116

Prezident: “İran Prezidenti ilə eyni dildə danışırıq, tərcüməçiyə ehtiyacımız yoxdur”

SİYASƏT

27 Avqust 2025 | 10:25

Prezident: “İran Prezidenti ilə eyni dildə danışırıq, tərcüməçiyə ehtiyacımız yoxdur”

İran Prezidenti ilə qurulan münasibətlər həm şəxsi, həm də dövlət səviyyəsində çox yaxşı inkişaf edir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

Dövlət başçısı deyib ki, İran Prezidenti iki dəfə Azərbaycana səfər edib – əvvəl rəsmi səfərlə, daha sonra isə azad edilmiş Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə iştirak məqsədilə.

“Bəli, siz tamamilə haqlısınız, o, azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur. O, ictimai tədbirlərin birində Azərbaycan poeziyası ilə bağlı biliklərini nümayiş etdirdi və heç bir qeydə ehtiyacı yox idi. Çox istedadlı insandır”, – Prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısı həmçinin qeyd edib ki, iki ölkə arasında işgüzar münasibətlər möhkəmlənməkdədir və bu, regionda əməkdaşlıq baxımından xüsusi əhəmiyyət kəsb edir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

26 Avqust 2025