• Bakı 19° C

    3.65 m/s

  • USD - 1.7

    EUR - 1.9979

    RUB - 2.0341

İlham Əliyev Kobaxidzeni təbrik etdi

SİYASƏT

25 Sentyabr 2025 | 22:14

İlham Əliyev Kobaxidzeni təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib.

Bakıvaxtı.az xəbər verir ki, dövlətimizin başçısı Baş nazir İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb.

İrakli Kobaxidze göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Telefon söhbəti əsnasında Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri ölkələrimiz arasında münasibətlərin dostluq və strateji tərəfdaşlıq xarakter daşıdığını qeyd edib, əməkdaşlığın müxtəlif sahələrdə inkişafına dair fikir mübadiləsi aparıblar.


SON XƏBƏRLƏR