• Bakı 19° C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.9979

    RUB - 2.0341

Prezidentdən Xəzərlə bağlı mühüm mesaj - “Vəziyyət pisdir”

SİYASƏT

25 Sentyabr 2025 | 21:28

Prezidentdən Xəzərlə bağlı mühüm mesaj - “Vəziyyət pisdir”

“Hələ 2022-ci ildə Xəzəryanı Dövlətlərin Zirvə Toplantısında mən Xəzər dənizinin ekoloji vəziyyətinin pisləşməsi məsələsini qaldırmışdım”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı səsləndirib.

Dövlət başçısı qeyd edib ki, gözlənilməz nəticələri olan ekoloji fəlakətin qarşısını almaq üçün sahilyanı dövlətlərin birgə səylərinə ehtiyac var:

“Bu gün vəziyyət daha pisdir. Xəzər dənizi sürətlə kiçilir. Əsas səbəb iqlim dəyişmələri deyil. Azərbaycan, həmçinin bu problemin həlli istiqamətində BMT ilə də sıx əməkdaşlığa hazırdır”.


SON XƏBƏRLƏR