• Bakı 19° C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.9979

    RUB - 2.0341

Tramp: Qəzzada nizamlanmaya dair razılaşmalar tezliklə əldə olunacaq

DÜNYA

25 Sentyabr 2025 | 21:42

Tramp: Qəzzada nizamlanmaya dair razılaşmalar tezliklə əldə olunacaq

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında münaqişənin həlli ilə bağlı razılaşmaların tezliklə əldə ediləcəyinə inanır.

Bakıvaxtı.az xəbər verir ki, o, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün əvvəlində deyib.

"Düşünürəm ki, biz hansısa sövdələşməyə yaxınlaşırıq", - ABŞ lideri bildirib.

O əlavə edib ki, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci sessiyası çərçivəsində regiondakı vəziyyəti müzakirə etmək üçün bir sıra ölkələrin liderləri ilə əla görüş keçirib. Tramp vurğulayıb ki, ABŞ Fələstinin radikal HƏMAS hərəkatının saxladığı girovların qaytarılmasını istəyir.


SON XƏBƏRLƏR