• Bakı 19° C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.9979

    RUB - 2.0341

Prezident minaların yaratdığı təhlükədən DANIŞDI

SİYASƏT

25 Sentyabr 2025 | 21:14

Prezident minaların yaratdığı təhlükədən DANIŞDI

Postmünaqişə dövründə Azərbaycanın qarşısında duran ən böyük humanitar problemlərdən biri də Ermənistan işğalı dövründə yerləşdirilmiş minaların yaratdığı təhlükədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirib.

2020-ci ilin noyabrından bu günədək 400-dən çox azərbaycanlı mülki şəxsin və hərbçinin mina partlayışları nəticəsində həlak olduğunu və ya yaralandığını xatırladan dövlətimizin başçısı deyib ki, bu geniş mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına və bərpa layihələrinin həyata keçirilməsinə əngəl törədir.


SON XƏBƏRLƏR