Polşa Xarici İşlər Nazirliyi öz vətəndaşlarını dərhal Belarusu tərk etməyə çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşanın Belarusdakı səfirliyi müraciət yayıb.
"Xarici İşlər Nazirliyi Belarus Respublikasında qalan Polşa vətəndaşlarını mövcud kommersiya və şəxsi vasitələrdən istifadə edərək dərhal ərazisini tərk etməyə çağırır", - məlumatda deyilir.
Nazirlik, həmçinin, “vəziyyətin gərginləşməsi, regionda davam edən müharibə və Polşa vətəndaşlarının dəfələrlə özbaşına həbs edilməsi səbəbindən” Belarusa bütün səfərlərdən çəkinməyi tövsiyə edir.
"Təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi, sərhədlərin bağlanması və ya digər gözlənilməz hallar zamanı evakuasiya əhəmiyyətli dərəcədə çətinləşə və ya hətta qeyri-mümkün ola bilər", - deyə səfirlik xəbərdarlıq edib.