• Bakı 19° C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.9979

    RUB - 2.0341

Ceyhun Bayramov bəhreynli həmkarı ilə regional prosesləri müzakirə edib

SİYASƏT

25 Sentyabr 2025 | 21:48

Ceyhun Bayramov bəhreynli həmkarı ilə regional prosesləri müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Bəhreyn Krallığının xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlər Azərbaycan və Bəhreyn arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyətini və gələcək perspektivlərini, regional və beynəlxalq prosesləri müzakirə ediblər.

Nazirlər "Azərbaycan Respublikası Hökuməti və Bəhreyn Krallığı Hökuməti arasında Diplomatik pasportlara malik şəxslərin viza tələblərindən azad edilməsi haqqında Saziş"i imzalayıblar.


SON XƏBƏRLƏR