• Bakı 22° C

    12.5 m/s

  • USD - 1.7

    EUR - 1.9979

    RUB - 2.0341

Rusiya-Türkiyə yaxınlaşması region üçün nələr vəd edir?

SİYASƏT

26 Sentyabr 2025 | 10:19

Rusiya-Türkiyə yaxınlaşması region üçün nələr vəd edir?

Moskva və Ankara iqtisadi-mədəni sahələr üzrə 2026-2029-cu illər üçün yeni Əməkdaşlıq Proqramı imzalayıb. Yeni sazişlə bağlı Rusiyanın Türkiyə səfirliyindən bildirilib ki, Moskva və Ankara 1992-ci ildən qardaşlaşmış şəhərlər statusunu qoruyurlar.

Maraqlıdır ki, mövcud qarışıq geosiyasi aləmdə yeni Əməkdaşlıq Proqramı iki ölkənin siyasi münasibətlərinə necə təsir edəcək? Qarşıdakı dövrdə Rusiya-Türkiyə yaxınlaşması daha da arta bilərmi və bu, region üçün nələr vəd edə bilər?

Politoloq Zeynal Əmrəliyev Bakıvaxtı.az-a açıqlamasında bu mövzuya toxunub.

Onun sözlərinə görə, hazırda Rusiya və Türkiyənin ikitərəfli münasibətləri normal istiqamət üzrə inkişaf edir və son zamanlar Türkiyə bu münasibətlərin daha da dərinləşdirilməsinə dair çağırışlar edir:

"Türkiyə Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı bu yaxınlarda çıxışı zamanı Türkiyə, Çin və Rusiya arasında bir ittifaqın yaradılması barədə söhbət açmışdı. Məlumdur ki, Baxçalının iqtidarda nüfuzu çox güclüdür və iqtidarda söz sahiblərindən biridir. Baxçalının açıqlamasından görünən odur ki, Türkiyə tərəfində Rusiya və Çinlə münasibətlərin daha irəliləməsini dəstəkləyən qüvvələr var. Ona görə də bu istiqamət üzrə müvafiq addımlar atılacaq. Biz yaxın vaxtlarda Türkiyə və Rusiya arasında yüksək səviyyəli səfərlərin keçirilməsi və bu səfərlər çərçivəsində müəyyən razılaşmaların əldə olunmasının şahidi olacağıq".

Zeynal Əmrəliyev: İsrail və ABŞ mövcud siyasətinə davam edərsə, Türkiyə Şərq blokuna doğru istiqamət alacaq

Politoloq hesab edir ki, indiki situasiyada ABŞ və İsrailin bütövlükdə həyata keçirdiyi siyasət Türkiyənin Rusiya və Çinlə yaxınlaşmasına səbəb olan amillərdən biridir.

"İsrailin Qətərə hücumundan sonra Təl-Əvivin media qurumları və ictimai nüfuzlu şəxsləri növbəti hədəfin Türkiyə ola biləcəyini açıqlamışdı. ABŞ-nin də bu məsələ ilə bağlı İsraili dəstəkləyən mövqe sərgiləməsi Türkiyəni Şərq blokuna daha çox yaxınlaşmağa vadar edir”.

Z.Əmrəliyev onu da vurğulayıb ki, istənilən halda İsrail və ABŞ mövcud siyasətinə davam edərsə, Türkiyə Şərq blokuna doğru istiqamət alacaq:

“Bu, Türkiyənin Rusiya ilə münasibətləri daha da yaxınlaşdırması ilə yanaşı, Çinlə də yaxınlaşmaya imkan yaradacaq”.

Gülşən Şərif


SON XƏBƏRLƏR

25 Sentyabr 2025