• Bakı 26° C

    11.92 m/s

  • USD - 1.7

    EUR - 1.9744

    RUB - 2.1116

Azərbaycan lideri: Ölkəmiz Körfəz ölkələri ilə enerji əməkdaşlığını genişləndirir

SİYASƏT

27 Avqust 2025 | 10:33

Azərbaycan lideri: Ölkəmiz Körfəz ölkələri ilə enerji əməkdaşlığını genişləndirir

Ölkəmiz hazırda 10 Avropa ölkəsini təbii qazla təmin edir və bu rəqəm gələcəkdə artacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

Prezident vurğulayıb ki, Azərbaycanın qaz ixracı Yaxın Şərq bazarına da çıxarıla bilər. O, Suriyaya qaz nəqlinin artırılmasının və Ərəb Qaz Kəməri vasitəsilə digər ölkələrin təmin olunmasının mümkünlüyünü qeyd edib.

Dövlət başçısı Körfəz Əməkdaşlıq Ölkələri ilə əlaqələrin “dostcasına və nəticəyönümlü” olduğunu bildirib:

“Bizim əsas bərpaolunan enerji sərmayədarlarımız BƏƏ və Səudiyyə Ərəbistanından olan şirkətlərdir. 2030-cu ilədək 6 giqavat Günəş və külək enerjisi istehsalı planlaşdırırıq”.

Prezident, həmçinin ADNOC-un Xəzərdə Azərbaycan qaz yataqlarında, SOCAR-ın isə BƏƏ-də layihələrdə iştirakını strateji əməkdaşlığın göstəricisi adlandırıb. O qeyd edib ki, siyasi əlaqələr yüksək səviyyədədir, enerji ilə yanaşı, turizm, kənd təsərrüfatı və suyun duzsuzlaşdırılması kimi sahələrdə də birgə layihələr həyata keçirilir.

İlham Əliyev Körfəz ölkələri ilə əməkdaşlığı Azərbaycanın xarici siyasətində başlıca prioritetlərdən biri kimi qiymətləndirib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

26 Avqust 2025