• Bakı 26° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

XİN-dən Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat - bu zorakılığı törədənlər...

SİYASƏT

28 Iyun 2025 | 10:48

XİN-dən Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat - bu zorakılığı törədənlər...

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb.

XİN-dən Bakıvaxtı.az-a daxil olan sənəddə iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlıq ifadə olunub.

"Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", - bəyanatda vurğulanıb.


SON XƏBƏRLƏR

27 Iyun 2025