• Bakı 22° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Tramp Tayvana silah tədarükünü artıra bilər

DÜNYA

30 May 2025 | 11:05

Tramp Tayvana silah tədarükünü artıra bilər

ABŞ Prezidenti Donald Trampın administrasiyası Tayvana silah tədarükünü artıra bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, mümkün sövdələşmənin detalları yalnız Tayvan hakimiyyəti bu tədarüklərin maliyyələşdirilməsini təmin etdikdən sonra təqdim ediləcək. Ağ Ev Tayvana Trampın 2017-2021-ci illərdə prezidentlik müddətinin birinci dövründəki tədarüklə müqayisədə daha çox silah tədarük etməyi planlaşdırır. Agentliyin məlumatına görə, həmin dövrdə prezident administrasiyası 18,3 milyard dollar məbləğində müqavilələri təsdiqləmişdi ki, bu da ABŞ-nin keçmiş Prezidenti Cozef Baydenin hakimiyyəti dövründə həyata keçirilmiş tədarükə (8,4 milyard dollar) nisbətən daha çoxdur.

Agentlik bildirib ki, əgər ABŞ Tayvana silah tədarükünü artırarsa, bu, bəzi müşahidəçilərin və siyasətçilərin Trampın adanın müdafiəsini təmin etməyə sadiqliyinə dair narahatlıqlarını azaldacaq, Çinlə münasibətlərdəki gərginliyi isə artıracaq.


SON XƏBƏRLƏR

30 May 2025