Ucarda piyadanı maşın vurub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə gecə saatlarında Bakı- Qazax əsas magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Kafedən çıxıb yaşadığı ünvana gedərkən avtomobil yolunu keçmək istəyən rayonun Alpout kənd sakini,1995-ci il təvəllüdlü Sənan Telman oğlu Səfərovu "Mercedes Vito" markalı avtomobil vurub.
Zərərçəkən Ucar Rayon Mərkəzi Xəstəxanasına gətirilərək ilkin yardımdan sonra Göyçay Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Fakt araşdırılır.