• Bakı 24° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Masallıda AĞIR QƏZA: Bir nəfər ölüb, üç nəfər xəsarət alıb

HADİSƏ

28 Iyun 2025 | 13:17

Masallıda AĞIR QƏZA: Bir nəfər ölüb, üç nəfər xəsarət alıb

Masallıda avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Masallının Ərkivan qəsəbəsinin sakini, 1990-cı il təvəllüdlü Şədulla Taleh oğlu Vəliyevin idarə etdiyi "KİA Optima" markalı minik avtomobili "KamAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücü və sərnişinləri - Ərkivan qəsəbəsinin sakinləri, 1966-cı il təvəllüdlü Sevda Abas qızı Hüseynova, 1976-cı il təvəllüdlü Aslan Allahverdi oğlu Hüseynov və 1975-ci il təvəllüdlü Şəhla Abas qızı Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, Şəhla Vəliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır./Report

 


SON XƏBƏRLƏR