• Bakı 25° C

    10.72 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

35 yaşlı şəxsin məsciddə yatdığı yerdə öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

HADİSƏ

28 Iyul 2025 | 11:38

35 yaşlı şəxsin məsciddə yatdığı yerdə öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda məsciddə törədilən qətllə bağlı cinayət işi başlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, iyulun 26-da saat 05 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən “İmamzadə” məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1996-ci il təvəllüdlü Elvin Məmmədovun bıçaqla xəsarətlər yetirərək Nadir Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.


SON XƏBƏRLƏR