• Bakı 29° C

    10.94 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

Novxanıda dənizdə batanların meyiti tapıldı

HADİSƏ

28 Iyul 2025 | 10:47

Novxanıda dənizdə batanların meyiti tapıldı

Abşeronda dənizdə batan iki nəfərin meyiti sudan çıxarılıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.

Dalğıc-xilasedicilər tərəfindən vətəndaşlar - 2003-cü il təvəllüdlü Əliyev Rəvan Şahin oğlunun və 2009-cu il təvəllüdlü Cabbarov Əli Elşən oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


SON XƏBƏRLƏR