• Bakı 24° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

37 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən gənc SAXLANILDI - YENİLƏNİB

HADİSƏ

30 May 2025 | 11:37

37 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən gənc SAXLANILDI - YENİLƏNİB

Cəlilabad şəhərində münaqişə zəminində baş verən qətl hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, Cəlilabad rayon Səttərxan küçəsində yaşayan, 1988-ci il təvəllüdlü Hüseynov Bəhruz Ədalət oğlu yaşadığı ünvanda bıçaqlanaraq qətlə yetirilib.

    Bəhruz Hüseynovun həyat yoldaşı Fəridə Hüseynova apa-ya bildirib ki, yoldaşı axşam saatlarında işdən evə qayıtdıqdan sonra hamam otağından gələn səsləri eşidib. Evdə bacısının qızının da olması səbəbilə əvvəlcə vəziyyətdən şübhələnməyib. Lakin hamamın qapısını açdıqda orada bacısı ilə birlikdə yad bir şəxsi, Göytəpə şəhər sakini, 2006-cı il təvəllüdlü Orxan Əkbərovu görüb.

    Aralarında yaranan mübahisə zamanı Orxan Əkbərov cibindən çıxardığı bıçaqla Bəhruz Hüseynovun ürək nahiyəsinə bir zərbə endirib. İkinci zərbəyə isə mərhumun həyat yoldaşı mane olub. Bundan sonra Orxan Əkbərov hadisə yerindən qaçaraq gizlənib.

    Ağır yaralanan Bəhruz Hüseynov dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

    Cinayəti törətməkdə şübhəli bilinən Orxan Əkbərov hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində saxlanılıb.

    Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Məlumata görə, mərhum avtomobil ustası kimi fəaliyyət göstərirdi və ailəli idi. Bəhruz Hüseynov artıq doğulduğu rayonda dəfn olunub. Onun iki övladı var.

    ***

    09:02

    Cəlilabad sakini, 1988-ci il təvəllüdlü Hüseynov Bəhruz Ədalət oğlu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Bakıvaxtı.az xəbər verir ki, həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Orxan Əkbərov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

    Qeyd edək ki, hadisə ötən gün Cəlilabad şəhərinin Səttərxan küçəsində qeydə alınıb.

    B.Hüseynov ürəyindən bıçaq xəsarəti alıb.

    Yaralı rayon mərkəzi xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    30 May 2025