• Bakı 19° C

    7.76 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Təhsil sistemində gender nisbəti: Oğlanlar 6,6% üstünlükdədir

CƏMİYYƏT

30 May 2025 | 12:36

Təhsil sistemində gender nisbəti: Oğlanlar 6,6% üstünlükdədir

Ümumtəhsil məktəblərində oğlanlar sayca 6,6% üstünlük təşkil edir.

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü il üzrə fəaliyyəti haqqında məlumat verib.

O bildirib ki, ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arasında oğlanlar 6,6% fərqlə sayca üstünlük təşkil edir.

Komitə sədri həmçinin qeyd edib ki, peşə təhsili alanların 64%-i kişilərdən ibarətdir. Orta ixtisas təhsili sahəsində isə qadınlar 64% nisbətlə üstünlük təşkil edir.

Ali təhsilin bakalavr pilləsində qadınların payı 53%, magistraturada isə kişilər 54% təşkil etməklə, təhsilalanların cins nisbətində cüzi fərq müşahidə olunur.

Muradova vurğulayıb ki, 2021-ci ildən uğurla həyata keçirilən “Qızların təhsilinə dəstək” layihəsi çərçivəsində 360 nəfər ayda 200 manat məbləğində “Hənifə Məlikova adına təqaüd proqramı”ndan faydalanır.

“Bu təşəbbüs bütün ehtiyacları tam qarşılamasa da, təhsil alanlara, təhsil verənlərə və bütövlükdə cəmiyyətə ötürdüyü mühüm mesaj baxımından böyük əhəmiyyət daşıyır. Layihə həmçinin təhsil və xeyriyyəçilik fəaliyyətlərinin əlaqələndirilməsinə, tarixi ənənələrimizin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.”

Mina Mikayılova


SON XƏBƏRLƏR