• Bakı 22° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Məktəbəhazırlıq qruplarında 23 minə yaxın uşaq məşğələyə cəlb olunub

CƏMİYYƏT

30 May 2025 | 11:03

Məktəbəhazırlıq qruplarında 23 minə yaxın uşaq məşğələyə cəlb olunub

Ümumi təhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər başa çatır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Bakıvaxtı.az-a verilən məlumata görə, 2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 287 ümumi təhsil müəssisəsi üzrə 1 048 məktəbəhazırlıq qrupunda 22 781 uşaq məşğələyə cəlb olunub.

Məktəbhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Məktəbəhazırlıq qruplarında "Ətraf aləmlə tanışlıq", "Savad təliminə hazırlıq və nitq inkişafı", "Bədii təfəkkürün inkişafı", "Məntiqi və riyazi təfəkkürün inkişafı", "Təsviri fəaliyyət", "Musiqi" və "Fiziki mədəniyyət" dərs məşğələləri keçirilir.

Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında tədris ili iki yarımilə bölünür və məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.


SON XƏBƏRLƏR

30 May 2025