• Bakı 19° C

    7.76 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Bahar Muradova: “Qanunvericilikdə ailəni qorumağa yönəlik mühüm addımlar atılıb”

SİYASƏT

30 May 2025 | 12:19

Bahar Muradova: “Qanunvericilikdə ailəni qorumağa yönəlik mühüm addımlar atılıb”

2024-cü ildə qanunvericiliyə mühüm dəyişikliklər edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatın təqdimatı zamanı deyib.

Sədr bildirib ki, Ailə Məcəlləsinin nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasını nəzərdə tutan 10.2-ci maddəsi ləğv edilib.

B. Muradova qeyd edib ki, erkən evlilik və məişət zorakılığı ilə bağlı cinayət və inzibati məsuliyyəti nəzərdə tutulan subyektlərin dairəsi genişləndirilib.

"Ümumi bioloji baba və nənəsi olan qohumlar arasında nikahın bağlanması qadağan edilmiş, qısamüddətli mühafizə orderinin müddəti artırılıb və onun verilməsi icbari olub. Zərərçəkmiş şəxslərə dövlət vəsaiti hesabına pulsuz hüquqi yardımın göstərilməsi qaydası təsdiq edilib, məişət zorakılığının qarşısının alınması üzrə monitorinq və əlaqələndirmə mexanizmi yaradılıb", – deyə sədr əlavə edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR