• Bakı 27° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bakıda 30 min manatlıq oğurluq

HADİSƏ

30 May 2025 | 10:55

Bakıda 30 min manatlıq oğurluq

Nəsimi rayonunda 30 min manatlıq oğurluq olunub.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, Nəsimi rayonunda yerləşən evlərin birindən ümumilikdə 25000 manat pul, qızıl-zinət əşyaları və mobil telefon oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 41 yaşlı X.Bayramov saxlanılıb.

Rayon ərazisində daha bir oğurluq faktı isə Moskva prospektində qeydə alınıb.

Paytaxt sakininin içərisində 5600 manat olan pul kisəsini talamaqda şübhəli bilinən Şamaxı rayon sakini 58 yaşlı qadın da müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026