• Bakı 22° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Milli Məclisin sədri Laçın Beynəlxalq Hava Limanından danışıb

SİYASƏT

30 May 2025 | 11:10

Milli Məclisin sədri Laçın Beynəlxalq Hava Limanından danışıb

Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova iki gün əvvəl açılmış Laçın Beynəlxalq Hava Limanı ilə bağlı çıxış edib.

Bakıvaxtı.az xəbər verir ki, o, açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdiyini xatırladıb. Qafarova vurğulayıb ki, bu, işğaldan azad edilmiş ərazilərdə istifadəyə verilmiş üçüncü hava limanıdır.

Eyni zamanda, spiker qeyd edib ki, Müstəqillik Günü münasibətilə Azərbaycan–Türkiyə–Pakistan zirvə görüşü də keçirilib.

"Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası müstəqillik yolunda uğurla irəliləməyə davam edəcək", – deyə Sahibə Qafarova əlavə edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

30 May 2025