“Xəzər dənizi kimi təhsilimiz də geri çəkilir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.
Deputatın sözlərinə görə, təhsilin bu vəziyyətə salınması yolverilməzdir və belə yanaşma ilə təhsildə inkişafdan danışmaq çətindir.
“IV, V və VII siniflər üçün liseylərə qəbul imtahanları ləğv olundu. Yüzlərlə insan buna 8 ay hazırlaşmışdı. İmtahanların qısa müddətdə ləğv edilməsi düzgün qərar deyildi. Etirazlardan sonra qərar geri götürüldü. Bu məsələdə ciddiliyi artırmaq lazımdır. İndiki rəhbərlik bildirir ki, hazırkı problemlər 20 il əvvəlki rəhbərin səhvlərindən qaynaqlanır. 20 il sonra gələn də eyni fikri səsləndirəcək. Bu səbəbdən islahatların sayını artırmalıyıq”.
Mina Mikayılova