• Bakı 19° C

    7.76 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Ölkədə əmək pensiyaçıları arasında qadınların sayı kişilərdən üstünlük təşkil edir

İQTİSADİYYAT

30 May 2025 | 12:32

Ölkədə əmək pensiyaçıları arasında qadınların sayı kişilərdən üstünlük təşkil edir

Ölkə üzrə əmək pensiyaçıları arasında qadınlar 56%, kişilər isə 44% təşkil edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məlumat verib. O, gender bərabərliyinin təmin olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü il üzrə fəaliyyəti haqqında təqdimatla çıxış edib.

Sədrin sözlərinə görə, yaşa görə (70%) və əlilliyə görə (63%) pensiya alanlar arasında kişilər üstünlük təşkil edir.

Əvəzində, ailə başçısını itirməyə görə pensiya alanlar arasında əsasən qadınlar (72%) üstünlük təşkil edir.

Mina Mikayılova


SON XƏBƏRLƏR