• Bakı 24° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Azərbaycan Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasına üzv seçilib

İQTİSADİYYAT

28 Iyun 2025 | 15:34

Azərbaycan Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasına üzv seçilib

Dövlət Gömrük Komitəsi (DGK) Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Siyasi Komissiyasına üzv seçilib.

Bakıvaxtı.az bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, Gömrük Əməkdaşlıq Şurasının 145/146-cı sessiyalarının sonuncu günündə təşkilatın rəhbər strukturlarında təmsilçiliyin formalaşdırılması məqsədilə seçkilər keçirilib.

ÜGT çərçivəsində həyata keçirdiyi fəaliyyət və üzv dövlətlərin gömrük xidmətlərinin dəstəyi ilə Azərbaycan Siyasi Komissiyaya üzv seçilib.

Siyasi Komissiya ÜGT-nin ali strateji sənədlərinin formalaşdırılmasında, təşkilatın uzunmüddətli siyasətinin müəyyənləşdirilməsində, üzv dövlətlər arasında yüksək səviyyəli siyasi koordinasiyanın təmin edilməsində mühüm rol oynayan əsas qərarverici strukturlardandır. Komitənin bu mühüm qərarverici orqanda təmsil olunması beynəlxalq gömrük siyasətinin formalaşdırılmasında daha fəal və məqsədyönlü iştirakını təmin etməklə yanaşı, innovativ təşəbbüslərin beynəlxalq müstəviyə çıxarılması baxımından əhəmiyyətli platforma rolunu oynayacaq.


SON XƏBƏRLƏR