• Bakı 26° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

UNRWA: Qəzzadakı yardım mərkəzləri “ölüm meydanlarına” çevrilib

DÜNYA

28 Iyun 2025 | 10:54

UNRWA: Qəzzadakı yardım mərkəzləri “ölüm meydanlarına” çevrilib

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İnkişaf Agentliyi (UNRWA) Qəzzada fəaliyyət göstərən guya insani yardım mərkəzləri ilə bağlı kəskin açıqlama yayıb.

 Bakıvaxtı.az-ın məlumatına görə,  UNRWA-nın yaydığı bəyanatda qeyd olunub ki, Qəzza zolağında humanitar yardım almaq üçün yaradılan bir sıra mərkəzlər “ölüm meydanlarına” çevrilib. Agentlik bildirib ki, bu məkanlarda mülki şəxslərin həyatına ciddi təhlükə yaranıb, insanlar yardım almaq üçün toplaşdığı zaman hədəfə çevrilirlər.

Qurum beynəlxalq ictimaiyyəti bölgədəki vəziyyətə təcili şəkildə reaksiya verməyə çağırıb və mülki əhalinin müdafiəsinin təmin olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, BMT-nin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Qəzzada humanitar vəziyyət kritik səviyyədə qalmaqdadır.

Əli Hüseynov


SON XƏBƏRLƏR

27 Iyun 2025