• Bakı 10° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

KİV: Tramp Çinə səfər edəcək

DÜNYA

28 Iyun 2025 | 09:11

KİV: Tramp Çinə səfər edəcək

ABŞ Prezidenti Donald Tramp bu il iş adamlarından ibarət nümayəndə heyəti ilə Çinə səfər edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Nikkei Asia” qəzeti məlumat yayıb.

Qəzetin mənbələrinin məlumatına görə, hazırda ABŞ rəsmiləri tərəfindən səfər planları hazırlıq mərhələsindədir.

Səfərin ABŞ Prezidentinin ilin əvvəlində Yaxın Şərqə səfərinə bənzəyəcəyi gözlənilir.

Bundan əvvəl, iyunun 27-də Tramp ABŞ və Çinin ticarət sazişi imzaladığını açıqlayıb. O, müqavilənin təfərrüatlarını açıqlamayıb, lakin Hindistan tərəfi ilə ticarət sazişinin imzalanacağını gözlədiyini qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026