• Bakı 29° C

    6.6 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Çin səddini sökən ər-arvad həbs edildi

DÜNYA

28 Iyul 2025 | 00:33

Çin səddini sökən ər-arvad həbs edildi

Böyük Çin səddindən kərpic çıxarıb satan ər-arvad həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, Çinin şimalında yerləşən Şansi əyalətində Böyük Çin səddinə ziyan vurmaqda və tarixi abidədən kərpic çıxarıb satmaqda ittiham olunan ər-arvad saxlanılıb.

Məlumatı yerli hüquq-mühafizə orqanları yayıb.

İlkin araşdırmalara əsasən cütlük UNESCO-nun dünya irsi siyahısında olan Böyük Çin səddinin az nəzarət olunan hissəsində qazıntı apararaq kərpicləri çıxarıb və onları satmağa çalışıb.

Qanunvericiliyə görə Çin səddindən fiziki materialların çıxarılması və onun strukturuna zərər verilməsi cinayət məsuliyyəti yaradır.

Faktla bağlı istintaq davam edir.


SON XƏBƏRLƏR

27 Iyul 2025
26 Iyul 2025