• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İranın bu açıqlaması axmaqlıqdır - Tramp

DÜNYA

28 Iyul 2025 | 00:26 | Müəllif: Subhan Mahmudov

İranın bu açıqlaması axmaqlıqdır - Tramp

Uranın zənginləşdirilməsinin davam etdirilməsi niyyəti ilə bağlı Tehranın açıqlaması səfehlikdir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə görüşündə deyib.

“Onlar (iran) uranın zənginləşdirilməsindən danışırlar. Kim belə edir? Nə qədər axmaq olmalısan ki, belə danışasan? Biz buna imkan vermərik”, - deyə Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı əldə etmək istəmədiyini, beynəlxalq hüquq çərçivəsində uranı zənginləşdirməyə davam edəcəklərini açıqlamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026