• Bakı 26° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Şəhid anası vəfat etdi - FOTO

DÜNYA

28 Iyun 2025 | 11:18

Şəhid anası vəfat etdi - FOTO

Aprel döyüşləri şəhidi Rüstəm Əhmədovun anası vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin anası Saqibə xanım yaşadığı Mingəçevir şəhərində dünyasını dəyişib.

Onun xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, R.Əhmədov 1983-cü ildə Ağdaş rayonunun Kotavan kəndində anadan olub. Mingəçevir şəhər 9 saylı tam orta məktəbi bitirib. Orduda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib.

2016-ci ilin aprelin 14-də düşmənin silahlı birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olub.

İki övladı yadigar qalıb.


SON XƏBƏRLƏR

27 Iyun 2025