• Bakı 29° C

    10.94 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

Fidanla pakistanlı həmkarı arasında telefon danışığı olub

DÜNYA

28 Iyul 2025 | 10:20

Fidanla pakistanlı həmkarı arasında telefon danışığı olub

Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə Türkiyənin XİN başçısı Hakan Fidan arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Pakistan XİN-in “X” səhifəsində paylaşılıb.

    Bildirilib ki, hər iki lider İsrailin qəzza sektorundakı addımlarını qınayıb və bölgədə hökm sürən aclıq, dinc əhalinin məcburi köçürülməsi və aclıqla müşahidə olunan humanitar fəlakətin dərinləşməsindən narahatlığını ifadə edib.

    Tərəflər, eyni zamanda beynəlxalq ictimaiyyətin regiona təxirəsalınmaz humanitar dəstək, habelə atəşkəs, ədalətli, dayanıqlı və hərtərəfli sülhün əldə olunması istiqamətindəki səylərin birləşdirilməsini vacib sayıb.

    Söhbət zamanı nazirlər BMT-nin xətti ilə Yaxın Şərq üzrə keçirilən beynəlxalq konfransın əhəmiyyətli nəticələr verəcəyinə ümidvar olduqlarını bildiriblər.


    SON XƏBƏRLƏR