Rusiya Silahlı Qüvvələri Donetsk vilayətinin Çasov Yar şəhərinin şimal-qərb ətrafını tam nəzarətə götürüb.
Bakıvaxtı.az xəbər verir ki, hərbi ekspert Andrey Maroçkonun sözlərinə görə, bölmələr şəhərdən kənara çıxaraq Stupoçki yaxınlığında taktiki mövqelərini gücləndiriblər.
Onun bildirdiyinə görə, Rus ordusu Maiski yaxınlığında bir sıra yüksəklikləri ələ keçirib və nəzarət zonasını genişləndirib.
Bundan əlavə, Maiski ilə Nikolaevka arasında yerləşən magistral yolun 3 kilometrlik hissəsi rus qoşunlarının fiziki nəzarətinə keçib.
Xatırladaq ki, iyulun 31-də Rusiya Müdafiə Nazirliyi Çasov Yarın ələ keçirilməsi barədə rəsmi məlumat yaymışdı.
Əli Hüseynov