• Bakı 22° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

NATO qırıcıları Rusiya təyyarələrinin qarşısını aldı - İnsident

DÜNYA

26 Sentyabr 2025 | 00:04 | Müəllif: Subhan Mahmudov

NATO qırıcıları Rusiya təyyarələrinin qarşısını aldı - İnsident

NATO-nun Baltik Hava Polisi missiyası çərçivəsində Macarıstanın JAS-39 Gripen qırıcıları Latviya sərhədinə yaxın beş Rusiya hərbi təyyarəsinin qarşısını almaq üçün havaya qalxıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Baltik dənizi üzərində, Latviya sahilləri yaxınlığında baş verib.

Qərb mənbələrinin məlumatına görə, Rusiya təyyarələrinin beynəlxalq uçuş qaydalarına əməl edib-etmədiyi hələ dəqiqləşdirilməyib.

Litvanın Şyaulyai Hava Bazasında yerləşdirilən Macarıstan qırıcıları təyyarələri vizual olaraq müəyyənləşdirib və onlar NATO məsuliyyət zonası tərk edənədək müşayiət ediblər.

Məlumata görə, macar pilotlar Rusiya təyyarələrini hədəfə alıblar ki, bu da hadisənin ciddiliyini göstərir. Bu, son bir həftədə qeydə alınan ikinci oxşar insidentdir.

Qeyd edək ki, sentyabrın 23-də də Rusiya təyyarəsi Litva sərhədi yaxınlığında müşayiət edildikdən sonra kursunu dəyişmişdi./Globalinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026