Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə mümkün sülh danışıqlarının Türkiyədə, Fars körfəzi ölkələrində və ya Avropa ölkələrindən birində keçirilə biləcəyini bildirib
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Avqustun 26-da axşam çıxışı zamanı Zelenski vurğulayıb ki, Ukrayna artıq müharibənin bitməsini və danışıqların aparılmasını təmin etmək üçün maksimum hazırlıq görüb.
O, həmçinin bildirib ki, aparat rəhbəri Andriy Yermak və Milli Təhlükəsizlik Şurasının rəhbəri artıq ölkənin müdafiə naziri ilə görüşlər üçün Qətərdədir.
Eyni zamanda, Zelenski qeyd edib ki, danışıqlarda gələcək irəliləyiş tərəfdaşlarla, ilk növbədə ABŞ-la, xüsusən də Rusiyaya təzyiqin artırılması məsələsində koordinasiyadan asılıdır.