İsrailin Qəzza zolağına bu gün səhər saatlarından həyata keçirdiyi hava hücumları nəticəsində 13 fələstinli həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bombardmanlar əsasən Xan Yunus və Əl-Məğazi Qaçqınlar Düşərgəsindəki yaşayış evlərini hədəfə alıb.
“Zareb” və “Növfəl” ailələrinə məxsus evlərin vurulması nəticəsində 10 nəfər ölüb, 30-dan çox şəxs yaralanıb.
Hücumların humanitar yardım yollarını da bağladığı bildirilir. Fələstin rəsmiləri Qəzzada aclığın daha da dərinləşdiyini və hücumların soyqırım xarakteri daşıdığını bəyan edib.
Əli Hüseynov