İyunun sonundan etibarən Pakistanda başlayan musson yağışları nəticəsində azı 279 nəfər həyatını itirib, 676 nəfər isə xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Milli İdarəsi məlumat yayıb.
1500-dən çox bina zədələnib, yüzlərlə insan təxliyə olunmağa məcbur qalıb.
Hadisə nəticəsində heyvandarlıq və kənd təsərrüfatına ciddi ziyan dəyib.