• Bakı 13° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Bolqarıstandakı yanğının Türkiyəyə keçməsinin qarşısı alınıb

DÜNYA

28 Iyul 2025 | 10:29

Bolqarıstandakı yanğının Türkiyəyə keçməsinin qarşısı alınıb

Bolqarıstanda başlayan meşə yanğınının Türkiyə ərazisinə keçməsinin qarşısını almaq üçün lazımi tədbirlər görülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ədirnənin Lalapaşa bölgəsinin bələdiyyə başçısı Zəfər Sezgin Geldi məlumat yayıb.

O bildirib ki, Türkiyə tərəfdə yanğının yayılmaması üçün yanğınsöndürən və bələdiyyə qrupları tam koordinasiyada fasiləsiz işləyir.

"Sərhəd kəndlərində və polis bölmələrində təhlükə yoxdur. Yanğının Türkiyə ərazisinə keçməsi ehtimalı istisna olunur. Hazırda vəziyyət nəzarət altındadır",- açıqlamada diqqətə çatdırılıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

02 Noyabr 2025