• Bakı 29° C

    11.07 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

Rusiyada azərbaycanlı blogerə qarşı ittihamı irəli sürülüb

DÜNYA

28 Iyul 2025 | 11:07

Rusiyada azərbaycanlı blogerə qarşı ittihamı irəli sürülüb

Rusiya İstintaq Komitəsinin müstəntiqləri bloger Suboya (Sübhan Məmmədov) qarşı qiyabi olaraq 20 milyon rubl (cari məzənnə ilə 252,2 min dollar) məbləğində vergi ödəməkdən yayınma və pul vəsaitlərinin leqallaşdırılması ittihamı irəli sürüblər.

Bakıvaxtı.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat verib.

"Moskva vilayəti üzrə Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin istintaq orqanları tərəfindən bloger Sübhan Məmmədova qarşı qiyabi olaraq ittiham irəli sürülüb. O, xüsusilə iri məbləğdə vergi ödəməkdən yayınma və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasında ittiham olunur. Bundan əlavə, yuxarıda sadalanan cinayətlərin törədilməsində ittihamlar daha əvvəl onun qardaşı və atasına qarşı da irəli sürülüb", - məlumatda bildirilib.


SON XƏBƏRLƏR