• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Viktoriya Bonya narkotik təbliğatına görə cərimələndi

ŞOU

28 Iyun 2025 | 14:21 | Müəllif: Subhan Mahmudov

Viktoriya Bonya narkotik təbliğatına görə cərimələndi

Qalmaqallı aparıcı Viktoriya Bonya narkotik təbliğatına görə 50 min rubl cərimə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ulduzun bloger Sergey Kosenko ilə müsahibəsini izləyərkən müəyyən ediblər ki, teleaparıcı qadağan olunmuş ayahuaska maddəsini haradan tapmağı, ondan necə istifadə etməyi və bunu harada etməyin daha yaxşı olduğunu ətraflı izah edib.

Məhkəmədə Viktoriyanı  vəkil Aleksey Lunyov təmsil edib.

Lunevin sözlərinə görə, Bonya günahını etiraf edib, lakin vəkil müsahibənin Rusiya Federasiyasında baxmaq üçün nəzərdə tutulmadığını nəzərə almağı xahiş edib.

Bloger Kosenko da həmçinin 50 min rubl cərimələnib./axşam.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026