İranda İsrailin aviazərbələri nəticəsində həlak olan nüvə alimləri, yüksək rütbəli hərbçilər və dinc sakinlər dənf olunur.
Bakıvaxtı.az yerli KİV-ə istinadən məlumatına görə, bu məqsədlə minlərlə insan küçələrə çıxıb.
***
09:32
İranda İsraillə 12 günlük münaqişə zamanı həlak olanlar üçün dəfn mərasimi başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Times of Israel” İran KİV-ə istinadən məlumat yayıb.
Qeyd olunub ki, mərasim təxminən 60 həlak olan şəxsə həsr ediləcək. Onların arasında ali hərbi rəhbərlik, həmçinin nüvə alimləri də var.